13 C
Baku
Friday, November 15, 2024

Maliyyə piramidası: yatağın altından 20 milyon dollar tapıldı

Banker.az BBC-ə istinadən xəbər verir ki, ABŞ rəhbərliyi Massaçusetsdə yerləşən mənzillərdən birində yatağın döşəyinin atından tapdıqları 20 milyon dollar nağd vəsaiti müsadirə edib.

Dövlət rəhbərliyi belə hesab edir ki, bu pullar bir milyondan çox insanın zərər çəkdiyi TelexFree maliyyə piramidası ilə əlaqədardır.

Amerika hüquq-mühafizə orqanları braziliyalı Kleber Rene Rizerio Roka-nı izləyirdilər. Bu şəxs maliyyə piramidası ilə əlaqəli olmaqda ittiham edilir. Uestboro şəhərində onun mənzilində aparılan axtarış zamanı pullar tapılıb. Belə hesab edilir ki, Roka Honqkonq vasitəsilə Braziliyaya milyonlarla dollar ötürülməsi ilə məşğul olan zəncirin bir halqasıdır.
TelexFree – Braziliyada ən nəhəng maliyyə piramidalarından biridir və öz müştərilərindən təqribən 1 milyard dollar cəlb edib. Şirkət dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərib.
Şirkət rəsmi olaraq IP-telefoniya xidmətlərini satırdı. Lakin əslində isə, şirkət onun əlaqə paketlərini satmaq və reklamını yerləşdirmək arzusunda olan insanların cəlb edilməsi ilə qazanırdı. İnsanlar bu imkanı əldə etmək üçün şirkətə yatırım etməli, daha sonradan isə TelexFree onlara pul ödəməli idi.
Şirkət müştərilərə bu pulu yeni müştərilərin ödədiyi vəsaitlər hesabına ödəyirdi. Adətən isə, bu yeni müştərilər artıq TelexFree üçün “işləyən” şəxslərin dostları və qohumları olurdu.
Amerika hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, bu formada minlərlə insan internetdə şirkətin xidmətlərini reklam edirdilər.

Son xəbərlər
Digər xəbərlər