17 C
Baku
Sunday, May 5, 2024

Avropanın hansı ölkəsindən ev almaq olar?

2008-2016-cı illər üzrə Avropanın 26 ölkəsinin daşınmaz əmlak bazarında aparılan araşdırmalara görə, bu sahədə investisiya etmək üçün ən sərfəli şəhər Buxarestdir.

“Forbes” xəbər verir ki, 2008-2016-cı ildə bu şəhərdə mənzillərin qiymətləri 35,4 faiz ucuzlaşıb. Kvadrat metrin dəyəri 1771 dollardan 1 144 dollara düşüb. 2015-2016-cı illərdə qiymətlər bərpa olunub. 2015-ci ildə Rumınyada evlər bahalaşaraq 2007-ci ilin pik səviyyəsinə çatıb.

Madrid və Barselona da ən sərfəli bazarlardan sayılır. 2008-ci ildə İspaniyanın paytaxtında qiymətlər 23,3 faiz ucuzşlaşıb. Qiymətlər 2015-ci ildə yüksəlməyə başlayıb. 2016-cı ilin ortalarında Barselonada evlərin kvadrat metri 2 902 avro təşkil edirdi.

Polşanın daşınmaz əmlak bazarına gəlincə, ölkənin Mərkəzi Bankının hesabatına görə, 2008-2016-cı illərdə mənzillərin qiymətləri 13,9 faiz ucuzlaşıb. Kvadrat metrin qiyməti 2 314 avrodan 1992 avroya düşüb. Proqnozlara əsasən, 2017-ci ildə Polşada daşınmaz əmlak ucuzlaşacaq. 2020-ci ildə qiymətlər 2016-cı ildəki səviyyəyə çatacaq. Qiymət azalması yaxın illərdə Litvada da gözlənilir.

Jurnal yazır ki, böhran Avropanın digər şəhərlərinə də təsir edib. Vilnüsdə və Tallində daşınmaz əmlak 2008-dən 2009-cu ilə qədər 30 faiz ucuzlaşıb. Riqada bu rəqəm 42 faiz təşkil edib. 2010-cu ildə qiymətlər bərpa olunmağa başlayıb. 2016-ci ildə Tallində daşınmaz əmlak 2008-ci illə müqayisədə 40 faiz bahalaşıb.

Təhlillər göstərir ki, Berlin, London, Vyana yeganə Avropa şəhərləridir ki, 2008-2016-cı illərdə daşınmaz əmlakın qiymətləri ancaq yüksəlib. Ən çox bahalaşma Berlində baş verib. Böhrandan sonra Berlində mənzillər 2,9 dəfə bahalaşıb. Kvadrat metrin qiyməti 1 610 avrodan 4 613 avroya yüksəlib.

2008-2016-ci illərdə Londonda daşınmaz əmlak 84 faiz bahalaşıb. Böyük Britaniyanın mərkəzində evlərin qiymətləri 2008-ci ildə 300 000 avrodan 560 000 min avroya yüksəlib.

Vyanada 2008-2016-cı illər arasında qiymət artımı 70,7 faiz bahalaşıb. Bu da təxminən kvadrat metrin qiymətinin 4000 avrodan 11 000 avroya yüksəlməsi deməkdir.

MənbəPublika.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər