Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb. Məlumata əsasən hərracda tələb təklifi 31,3% üstələmişdir.
Banker.az-a AMB-dən verilən xəbərə görə, 13 fevral 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 197 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,74% təşkil edib.
Xatırladaq ki, bugünkü hərracda 150 mln manat cəlb olunmağı planlaşdırılmışdı.