10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda nağdsız ödənişlər 33% artıb

Azərbaycanda ötən il POS-terminallar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 527 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 131 mln. manat və ya 33,1% çoxdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankdan (AMB) xəbər verilib.

Hesabata əsasən, ATM-lər vasitəsi nağdsız ödənişlərin həcmi 329 mln. manata çatıb və illik müqayisədə bu göstərici 9 mln. manat və ya 2,7% azalıb.

Beləliklə, 2016-cı il ərzində bankomat və POS-terminallar vasitəsilə nağdsız ödənişlərin ümumi həcmi illik müqayisədə 122 mln. manat və ya 16,6% artaraq 856 mln. manata çatıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər