8 C
Baku
Thursday, December 12, 2024

Bankir: “Vergi Məcəlləsinə dəyişikliklərdə korreksiya tələb edən məsələlər var”

“Bu ilin əvvəlindən qüvvəyə minmiş Vergi Məcəlləsinə dəyişikliklər iqtisadiyyat üçün müsbətdir, iqtisadi inkişafa təkan verəcək, bankların aktivlərini artıracaq”.

Bunu jurnalistlərə açıqlamasında “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

Bununla belə, onun sözlərinə görə, bəzi dəyişikliklərdə aydın olmayan məqamlar var: “Məncə, bu dəyişikliklər əvvəlcədən maraqlı tərəflərlə, banklarla, biznes strukturları ilə müzakirə edilməli idi. Çünki korreksiya tələb edən məsələlər var”.

F.Hüseynov dəyişikliklərdə nəzərdə tutulmuş kreditlərin nağdsız formada verilməsi ilə bağlı məqamın bank sektoruna müsbət təsir edəcəyini də vurğulayıb: “Bu, manat kütləsinin həcmini artıracaq, həm depozit, həm də kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Bildiyiniz kimi, hazırda manatla verilən kreditlərin illik faiz dərəcəsi 30% ətrafındadır. Bu cür faizlərlə isə biznes özünü doğrulda bilməz. Çünki, o qədər rentabellilik yoxdur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər