10 C
Baku
Friday, December 13, 2024

Azexport Şərqi Asiya və ərəb ölkələri bazarlarına inteqrasiya olunub

Azexport.az portalı dünyanın daha iki böyük ticarət portalına inteqrasiya olub. Bunlardan biri Şərqi Asiya ölkələrinə ixrac potensialı daha güclü olan ES21.com portalıdır. Dünyanın böyük global B2B portallarından biri olan Tradekey.comda hər gün milyonlarla satış həyata keçirilir. Portalın məlumat bazasında 1,5 milyon şirkət nümayəndəsi, 3 milyon məhsul və 3 milyon qeydiyyatdan keçmiş alıcısı var.

Azexport.az portalının inteqrasiya olunduğu digər – Tradekey.com portalı ərəb ölkələrinə olan ixrac potensialını ələ alan beynəlxalq platformadır. 2005-ci ildə fəaliyyətə başlayan bu şirkət, dünyanın 220 ölkəsindən alıcı və satıcıları bir araya toplayan global B2B platformudur. Həmçinin, dünyada ISO sertifikatları ilə təsdiq olunmuş ilk biznes portalı olaraq, beynəlxalq keyfiyyət standartları və müştəri məlumat və data bütövlüyü təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər