6 C
Baku
Sunday, December 15, 2024

“Kapital Bank”da qanvermə aksiyası keçirilib

Kapital Bank əməkdaşları talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə ənənəvi qanvermə aksiyasında iştirak ediblər. “Bir qan, bir can” şüarı ilə keçirilən aksiya Azərbaycan Talassemiya Federasiyası ilə birgə həyata keçirilib.

“Bildiyiniz kimi 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Kapital Bank-ın rəhbərliyi və əməkdaşları bir neçə ildir ki, bu aksiyada könüllü iştirak edərək, qana ehtiyacı olanlara dəstək göstərirlər. Aksiya zamanı yığılan qan, talassemiyadan əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq”, – deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. Məhz bu məqsədlə ölkədə Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə mütəmadi olaraq kütləvi qanvermə aksiyaları keçirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər