-3 C
Baku
Sunday, December 15, 2024

Kreditlər üzrə orta faiz dərəcəsi necə dəyişib?

Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik Bülleteninə əsasən, 2017-ci ilin yanvar ayının əvvəlinə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 12,05%, xarici valyuta ilə verilən kreditlər üzrə isə 8,6% təşkil edib.

Manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 2016-cı ilin dekabr ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0,13 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,55 faiz bəndi azalıb.

Xarici valyuta ilə verilmiş kreditlər üzrə faiz dərəcəsi isə 2016-cı ilin dekabr ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0,56 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,93 faiz bəndi azalıb.

MənbəBBN.az
Son xəbərlər
Digər xəbərlər