19 C
Baku
Friday, October 4, 2024

“NİKOİL Bank”ın Sumqayıt filialı yeni ünvanda fəaliyyət göstərəcək

Fevralın 17-dən etibarən “NİKOİL Bank”ın Sumqayıt filialı Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küç. 49B ünvanında yerləşən yeni, müasir və rahat ünvanda müştərilərinin xidmətində olacaq. Təkmilləşdirilmiş filial  geniş əməliyyat zalına malikdir və burada müştəriləri milli və xarici valyutada keçirilən hesablaşma-kassa, kredit, ödəmə, kart, zəmanət, banklararası, sənəd və s.  kimi yüksək səviyyəli bank xidmətləri gözləyir. Yenilənmiş filial həm fiziki, həm də hüquqi şəxslərə yüksək xidmət göstərməkdə davam edəcək.

Bu barədə Banker.az-a Bankdan məlumat verilib.

“NİKOİL Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

 

Son xəbərlər
Digər xəbərlər