3 C
Baku
Saturday, December 14, 2024

Kapital Bank “Xəzri” sistemi üzrə 150-dən artıq müştərini mükafatlandırdı

Kapital Bank “Xəzri” təcili pul köçürmələri sistemi üzrə “Xəzri pul gətirəcək” adlı stimullaşdırıcı lotereyasının sonuncu tirajı keçirilib. Nəticədə bu sistemin əlavə 50 müştərisinin hər biri 100 manat, sonda isə 1 müştəri 1000 manat qazandı.

Qeyd edək ki, “Xəzri” sistemi ilə pul göndərən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirdilər. Lotereyada hər göndərilən 100 manat, 1 şansa bərabər idi. 10 fevral 2017-ci il tarixədək davam edən lotereya ərzində 150 müştərinin hər biri 100 manat və 1 müştəri 1000 manat qazandı.

“Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də xarici ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində Kapital Bank bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.Xazri Lotereya

Son xəbərlər
Digər xəbərlər