26 C
Baku
Saturday, July 27, 2024

ABA, MBNP və bank ictimayyəti bu 5 məsələni müzakirə etdi

24 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası, “Rabitəbank”, “AtaBank”,  “ABB”, “AccessBank” və “Azərbaycan Sənaye Bankı”nın təmsil olunduğu “Müvəqqəti İşçi Qrupu”nun iclası keçirilib. Banker.az-a daxil olan məlumata görə, iclasda ABA-nın əməkdaşlıq etdiyi “Ernest&Young” şirkətinin eksperti Yokub Sharafitdinov iştirak edib.

İclas zamanı  “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar” və “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın layihələrinə dair təkliflər müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər