15 C
Baku
Wednesday, April 24, 2024

ABB 2021-ci ildə 209 mln. manatlıq mənfəət əldə etdi

ABB (Azərbaycan Beynəlxalq Bankı) 2021-ci ildə 208.78 mln. manat həcmində xalis mənfəət əldə edib.

Banker.az bu barədə ABB-nin illik maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci il ərzində dövlət bankının 436.5 mln. manat həcmində faiz gəliri, 86.6 mln. manat faiz xərci olmuş və nəticədə 349.9 mln. manatlıq xalis faiz gəliri əldə edib.

Xalis faiz gəlirlərinin öncəki ilə müqayisədə yüksəlməsinə səbəb faiz gəlirlərinin yüksəlməsi və faiz xərclərinin illik müqayisədə azalmasıdır.

ABB hesabat ilində 168.14 mln. manat qeyri-faiz gəliri, 240.02 mln. manat isə qeyri-faiz xərci etmişdir. 278.03 mln. manatlıq əməliyyat mənfəəti edib.

Beləliklə, 2021-ci ildə 18.09 mln. manat mümkün zərərlər üzrə ehtiyatlara ayırmadan sonra vergiyəqədərki mənfəəti 259.94 mln. manat təşkil edib.

ABB mənfəət gəlirindən 51.16 mln. manat vergi ödəmiş və nəticədə 208.7 mln. manat xalis mənfəət etmişdir.

Bu xalis mənfəətdən sonra ABB-nin bölüşdürülməmiş mənfəəti 1 yanvar 2021-ci ilə 61.29 mln. manat təşkil etmişdir.

23424234234234242423

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər