6 C
Baku
Sunday, December 15, 2024

ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!

®İş adamlarının yaxın tərəfdaşı olan ABB yeni mövsümdə onların fəaliyyətinə dəstək məqsədilə xüsusi kampaniya elan edib.  Payız kampaniyası çərçivəsində kiçik sahibkarlar 48 ayadək mikrokreditləri ABB-dən 16%-dən başlanan illik faiz dərəcəsi ilə ala bilərlər. 15.000 manatadək kredit üçün zamin tələb olunmur. Kreditin maksimum məbləği 20.000 manatdır. Kampaniya 30 noyabr tarixinə qədər keçərlidir. Hər bir kiçik sahibkar ABB-nin filiallarına müraciət etməklə Payız kampaniyasının üstünlüklərindən yararlana bilər. 

Bankın Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilov ABB-nin iş adamları üçün faydalı tədbirləri mütəmadi olaraq davam etdirdiyini xatırladıb: “Universal bank olaraq ABB sahibkarların maliyyə xidmətlərinə olan bütün ehtiyaclarını ən sərfəli şəkildə və yüksək keyfiyyətlə təmin edir. İş adamları yaratdığımız imkanlardan istifadə etməklə bizneslərini daha da inkişaf etdirə bilərlər. Onları filiallarımıza müraciət edərək bu imkanlardan faydalanmağa çağırırıq”.      

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

 

Son xəbərlər
Digər xəbərlər