8 C
Baku
Thursday, December 12, 2024

ABB-də yeni səhm buraxılışından sonra özəl sektorun payı 7.8 faizə qalxıb

ABB (Azərbaycan Beynəlxalq Bankı) səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi tamamlandıqdan sonra özəl sektorun oradakı payı 7.8 faizə yüksəlib.

Banker.az xəbər veirir ki, bunu ABB-nin İdarə Heyətinin sədri mətbuat konfransında bildirib.

ABB cari ilin ikinci yarısından etibarən yeni səhmlər üzrə abunə yazılışı elan etmişdi və bu səhmlərin ümumi həcmi 322 milyon ədəd olub. Bununla belə, sifarişlərin cəmi həcmi 206.01 milyon təşkil edib.

ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Sifarişlərdən 29 faizi qadın, 71 faizi isə kişilər tərəfindən verilib. Yeni sifarişlərin 22 faizi regionlardan verilib.

Səhmlər ümumilikdə reallaşan həcmi 56.53 milyon manat təşkil edib. Bu da öz növbəsində bankın nizamnamə kapitalının artımına səbəb olub. Beləliklə, özəl sektorun ABB-dəki payı 95.29 faizdən 92.2 faizə düşüb. ABB-nin səhmlərinin 84 faizi rəqəmsal kanallarla sifariş verilib.

Qeyd edək ki, buna qədər bankın səhmlərinin 91.4%-i Maliyyə Nazirliyinə, 3.76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0.13%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4.71%-i isə fiziki və hüquqi şəxslərə məxsus idi.

Son xəbərlər
Digər xəbərlər