26 C
Baku
Sunday, April 21, 2024

ABB fond bazarından 20 mln. manat cəlb edir – İstiqrazları hərracda

18 may 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Beynəlxalq Bankının ümumi dəyəri 20 000 000 (iyirmi milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Bu barədə banker.az BFB-yə istinadla xəbər verir.

1 iyun 2022-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2001004582
İstiqrazların növü və forması Faizli, təmin edilməmiş istiqrazlar
Q/k-ın Ticarətə buraxılma tarixi 01.06.2022
İstiqrazların sayı 20000 əd.
İllik gəlirlilik faizi 6%
Nominal dəyəri 1,000 AZN
Ödəmə periodu Hər 3 (üç) təqvim ayından bir
Tədavül müddəti 24 ay

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər