27 C
Baku
Saturday, July 27, 2024

“ABB-İnvest İnvestisiya Şirkəti” nizamnamə kapitalını kəskin artırır

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 2,7 milyon manat və yaxud 10 dəfə artıraraq 300 min manatdan 3 milyon manata çatdırmağı planlaşdırır.

Bu barədə maliyyə qurumunun direktoru Nadir Babazadə məlumat verib.

Onun sözlərinə görə, kapital artımı “ABB-İnvest”in dövriyyədə olan 300 ədəd səhminin nominal dəyərinin 1 000 manatdan 10 000 manata çatdırılması hesabına baş tutacaq.

“Rəhbərlik etdiyim investisiya şirkəti beynəlxalq tərəfdaşlara malik olmaq istəyir. Bu baxımdan nizamnamə kapitalının çox olması “ABB-İnvest”in ciddi maliyyə qurumu hesab edilməsi üçün çox vacibdir. Bundan başqa, bizim bir sıra planlarımız var və ona uyğun xərclərimiz gözlənilir ki, bu da kapitalın artırılmasını şərtləndirir”, – deyə N.Babazadə qeyd edib.

Direktor həmçinin bildirib ki, investisiya şirkətinin 2020-ci ilin cəmi bir neçə ayı ərzində fəaliyyəti olsa da, ötən ilin maliyyə yekunları ilə bağlı hesabat təqdim edəcək: “Hazırda maliyyə hesabatımız üzərində iş gedir”.

Xatırladaq ki, “ABB-İnvest”i ötən ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb, investisiya şirkəti oktyabr ayında Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər