7 C
Baku
Sunday, December 15, 2024

ABB-nin manatla istiqraz emissiyasının “Açılış Zəngi” olub

1 iyun 2022-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə Azərbaycan Beynəlxalq Bankının baş ofisində “Açılış Zəngi” mərasimi keçirilmişdir.

20 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü ABB İnvest İnvestisiya Şirkəti QSC həyata keçirmişdir. Azərbaycanın qeyri-neft sektorundan olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır.

Açılış mərasimində emitent tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev, Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov, birja üzvü tərəfindən ABB İnvest investisiya şirkətinin direktoru Nadir Babazadə, BFB-nin sədri v.m.i.e Eldar Abdullayev iştirak etmişdir.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Abdullayev də qiymətli kağızlar bazarındakı son artım göstəricilərinə diqqət yönəldib. ABB-nin manatla istiqraz emissiyasının bazara daha da müsbət təsir göstərəcəyini qeyd edib. Mərasimin sonunda emissiyanın açılışını bildirən simvolik zəng səsləndirilib.

Son xəbərlər
Digər xəbərlər