3 C
Baku
Saturday, December 14, 2024

ABB-nin səhmdarları arasında pay bölgüsü dəyişib

ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) səhmdarlarında pay bölgüsü dəyişib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Məlumata görə, ABB-nin səhmdarı olan digər kredit təşkilatı “Aqrar Kredit” QSC-nin payı 0.13%-dən 0.23%-ə yüksəlib. Bununla məlum olur ki, “Aqrarkredit” QSC ABB-səhmlərini digər hüquqi və ya fiziki şəxslərdən alıb, dövlətin payı getdikcə artmış olur.

ABB-nin səhmlərinin 91.4%-i Maliyyə Nazirliyinin, 3.76%-i Əmlak Məsələləri Dövlət Xidmətinin və 4.61%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

ABB-nin nizamnamə kapitalı 1 mlrd. 241.29 mln. manatdır.

 

 

Son xəbərlər
Digər xəbərlər