21.7 C
Baku
Şənbə, Sentyabr 18, 2021

ABB ödənişləri indi MilliÖNdə!

Screen Shot 2021 09 02 at 14.34.20

Daima ödəniş sistemini və partnyor şəbəkəsini təkmilləşdirərək, istifadəçilərinə yüksək keyfiyyət standartlarına uyğun təhlükəsiz xidmət göstərmək istiqamətində işlər görən MilliÖN ödəniş sistemi daha bir yeniliklə istifadəçilərini sevindirdi.

Maliyyə sektoru üzrə 45 fərqli bank və maliyyə şirkəti ödənişləri üzrə istifadəçilərinə xidmət təqdim edən MilliÖN, Azərbaycan Beynalxalq Bank (ABB) ödənişlərini də portfoliyasına daxil edərək bu sayı 46-ya yüksəltdi.

Hazırda bank ödənişləri kateqoriyası üzrə istifadəçilər kredit ödənişi, karta mədaxil, hesaba mədaxil, pul köçürmələri, kredit sifarişi, əmanətin artırılmasıcari hesabın artırılması kimi xidmətlərdən istifadə edir. 

Qeyd edək ki, Azərbaycan Beynalxalq Bankı ödənişləri ilə yanaşı istifadəçilər million.az veb saytı, MilliÖN mobil tətbiqi və MilliÖN  ödəniş terminalları vasitəsi ilə Kapital Bank, Unibank, Bank Respublika, Pasha Bank, Bank of Baku və digər bank ödənişlərini həyata keçirə bilərlər. 

MilliÖN daima sizinlə, daima öndə!

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər