5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Abdulbari Gozalın qızı əvvəlki vəzifəsinə qayıdıb

“Azersun Holdinq” MMC-nin maliyyə bazarı üzrə törəmə sərmayəçi şirkəti “Anadolu İnvestment Kompani” MMC-nin baş direktoru (CEO) vəzifəsinə əvvəlki şəxs qaytarılıb.

Bu barədə Banker.az-ın şirkətə yaxın mənbələrdən əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, holdinqin sahibi Abdulbari Gozal-ın qızı Leyla Gozal Kurt yenidən “Anadolu İnvestment Kompani”nin CEO-su təyin edilib. Ötən ilin dekabr ayının yarısında məlum olmuşdu ki, L.G.Kurt vəzifəsindən kənarlaşıb, yerinə Səidə Zeynal qızı Bayramova təyin edilib.

“Anadolu İnvestment Kompani” hazırda Azərbaycan bank sektorunda 6-cı ən böyüyü olan “ASB Bank”-ın səhmlərinin 98.43%-inə, “Azərbaycan Sənaye Sığorta Şirkətinin” 75%-lik səhmdarınə sahibdir. L.G.Kurt həmçinin adıçəkilən bankın skapitalında 1%  pay sahibi olan səhmdardır.

“Anadolu İnvestment Kompani” MMC – 2003-cü ildə yaradılıb, 22 milyon manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Oxşar xəbərlər