19 C
Baku
Tuesday, April 16, 2024

Abramoviçin $4 mlrd.-a satmaq istəyir, Makqreqor $2 mlrd. təklif edir

UFC döyüşçüsü irlandiyalı Konor Makqreqor Londonun şəhərini təmsil edən “Çelsi” futbol klubunu almağa hazır olduğunu bildirib.

Banker.az xəbər verir ki, döyüşçü bununla bağlı “Twitter” hesabında məbləği açıqlayıb.

“Mən 1.5 milyard funt-sterlinq (1.98 mlrd. dollar) təklifini irəli sürürəm”,-  deyə, K.Makqreqor bildirib.

Qərb KİV-nin məlumatında bildirilirdi ki, klubun sahibi Roman Abramoviç onu 3 mlrd. funt strelinq (3.97 mlrd. dollara) satır.

“Zadəgan”ların hazırkı sahibi 2003-cü ildə “Çelsi”ni 140 milyon funta satın alan Roman Abramoviçdir.

London klubu beş dəfə İngiltərə Premyer Liqasının, iki dəfə Çempionlar Liqasının və Avropa Liqasının qalibi, beş dəfə İngiltərə Kubokunun, üç dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.

 

Son xəbərlər
Digər xəbərlər