5 C
Baku
Friday, March 29, 2024

ABŞ Əfqanıstana $144 mln. humanitar yardım göndərəcək

ABŞ hakimiyyəti Əfqanıstanda davam edən böhrandan zərər çəkmiş insanlara təxminən 144 milyon dollar humanitar yardım edəcək.

Banker.az xəbər verir ki, Ağ Evin verdiyi açıqlamalara görə, ayrılan vəsaitlər əfqanları qida və dərmanlarla təmin etmək, eləcə də qışa hazırlıqlar görmək üçün xərclənəcək.

Press-relizdə deyilir ki, vəsaitlər regionda 18.4 milyondan çox əfqanlıya və qonşu ölkələrdəki əfqan qaçqınlarına dəstək verən müstəqil humanitar təşkilatlar vasitəsilə göndəriləcək. Bu məbləği də nəzərə alsaq, 2021-ci ildə Vaşinqtonun əfqanlara ayıracağı humanitar yardımın həcmi təqribən 474 milyon dollar təşkil edəcək ki, bu da bütün ölkələr arasında ən böyük rəqəmdir.

Xatırladaq ki, avqustun ortalarından Əfqanıstan Taliban terror hərəkatının nəzarəti altındadır. ABŞ və onun müttəfiqləri Əfqanıstandan 120 mindən çox vətəndaşı təxliyə edib. Təxliyənin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər