13 C
Baku
Wednesday, May 8, 2024

ABŞ 2 milyard dollarlıq silah satıb

ABŞ Dövlət Departamenti 4 ölkəyə ümumi dəyəri 2 milyard dollar olan silah satışlarını təsdiqləyib.

Bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, Niderlanda 96 ədəd “Patriot” ballistik raketi və müvafiq avadanlıqların satılmasına razılıq verilib. Müqavilə 1.2 milyard dollar dəyərindədir.

Avstraliyaya 80 ədəd genişmənzilli qanadlı raketlər satılacaq. “Lockheed Martin” şirkəti tərəfindən hazırlanan raketlər F/A-18 və F-35-lərdən buraxıla bilər. Bu müqavilənin dəyəri 235 milyon dollar ola bilər.

Birləşmiş Ərəb Əmirliklərinə ümumi dəyəri 206 milyon dollar olan çoxsahəli sensorlar və uzaqdan məlumat toplama vasitələri daxil olan okeanoqrafik müşahidə avadanlığı sistemi almağa icazə verilib.

Dövlət Departamenti həmçinin Küveytə 397 milyon dollar dəyərində müxtəlif sursatların satışına razılıq verib.

Silah satışları barədə Konqresə məlumat verilib. Konqres təsdiq etdikdən sonra silah satışları həyata keçiriləcək.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər