ABŞ Rusiya, Çin və Şimali Koreya şirkətləri və vətəndaşlarına qarşı yenidən sanksiya tətbiq edib. Sanksiyanın səbəbi isə Şimali Koreyanın nüvə proqramının inkişafı ilə bağlı məsələdə müəyyən əlaqəyə sahib olmaqdır.
Qonşu Rusiyanın 3 şirkəti sanksiyaya düşən şirkətlər sırasındadır. Bunlar “Müstəqil neft-qaz şirkəti”, onun törəmə şirkəti “Müstəqil neft-qaz şirkəti – Primorskneftməhsulları” və Moskvada qeydiyyatdan keçirilmiş “Ardis-Bearings LLC” şirkətləridir.
ABŞ Maliyyə nazirliyinin verdiyi məlumatda deyilir ki, şirkətlər Şimali Koreya ilə neft təchizatı ilə bağlı müqavilə bağlayıb və böyük ehtimalla buraya 1 milyon dollardan çox dəyərə malik neft məhsulları göndərib.