7 C
Baku
Thursday, December 12, 2024

ABŞ 31 Çin şirkətinə məhdudiyyət qoydu

ABŞ 31 Çin şirkətini texnoloji məhsulların tədarükü baxımından etibarsız şirkətlər siyahısına salıb.

Bu barədə ABŞ-ın Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Departamentin izahatına görə, onlardan asılı olmayan səbəblərə görə şirkətləri yüksək texnoloji ixracatın son alıcısı kimi “yaxşı niyyət” üçün yoxlamaq mümkün olmayıb.

“Sənaye və Təhlükəsizlik Bürosu ixracın idarə edilməsi qaydalarına düzəlişlər edərək, təsdiqlənməmiş şəxslər siyahısına 31 strukturu əlavə edib”, – məlumatda deyilir.

Son xəbərlər
Digər xəbərlər