24 C
Baku
Friday, April 26, 2024

ABŞ “Allseas” və “Saipem” şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ “Şimal axını-2” qaz kəmərinin çəkilişində iştirak edən iki podratçı şirkətə qarşı sanksiyalar tətbiq edə bilər.

Banker.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Handelsblatt” mənbələrinə istinadən məlumat verib.

Qanun layihəsinin hazırlanması ilə Dövlət Departamenti məşğuldur. Söhbət İsveçrənin “Allseas” və İtaliyanın “Saipem” şirkətlərinə qarşı sanksiyalardan gedir.

Nəşr qeyd edir ki, Almaniyada mümkün sanksiyalardan narahatdırlar və bu məsələdə Vaşinqtona təsir göstərməyə çalışırlar.

“Saipem” şirkətindən məsələyə şərh verməkdən imtina ediblər, “Allseas”dan isə sanksiyalara hazırlıqla bağlı məlumatlarının olmadığı bildirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər