ABŞ Azərbaycan Dövlət Gömrük Komitəsinə mobil aşkarlanma avadanlığı verib.
ABŞ-ın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verilir ki, mobil aşkarlama avadanlığının ianə verilməsinə həsr olunan tədbirdə ABŞ Səfiri Li Litzenberqer Azərbaycan Dövlət Gömrük Komitəsinin Sədri Səfər Mehdiyev və digər gömrük rəsmiləri iştirak etmişdilər. Sözügedən yardım ABŞ-ın Dövlət Departamentinin 2022-ci ildə İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı vasitəsilə təqdim olunan bir necə yardımlardan biridir.
1999-cu ildən bəri EXBS proqramı çərçivəsində təqdim olunan yardımların məbləği 25 milyon ABŞ dollarından çox olmuşdur. Bu il təqdim olunan avadanlığın ümumi məbləği isə 250 min ABŞ dollarından çox olacaq. Bu yardım Azərbaycanın sərhədlərin mühafizəsinin təminatına və qanunsuz daşınmaların qarşısının alınmasına kömək edəcək.
Səfir Litzenberqer tədbirdə çıxışı zamanı ABŞ-ın Azərbaycanla birgə kütləvi qırğın silahlarının yayılması və qanunsuz daşınmasının qarşısını almaq üçün etdikləri uzun müddətli əməkdaşlıqdan söz açıb. Səfir Litzenberqer qeyd edib ki: “Ümid edirəm ki, bu yardım bizim 30 il öncə qurduğumuz münasibətlərimizin inkişafında əlavə bir addım olacaqdır , Azərbaycan və Birləşmiş Ştatların təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək.”
Biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində 30 il ərzində birgə çalışmışıq. Təqdim etdiyimiz rentgen skaynerləri və radarlar kimi avadanlığın istifadəsi nəticəsində Azərbaycan özünün enerji infrastrukturunu uğurla qoruyub, kütləvi qırğın silahlarının və narkotiklərin daşınmasının qarşısını almaq bacarığını inkişaf etdirmişdir.