9 C
Baku
Friday, December 13, 2024

ABŞ Azərbaycanın neft hasilatı üzrə proqnozunu dəyişməyib

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2023-2024-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

Gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 660 min barel təşkil edəcəyi ehtimal edilir, bu da öncə verilən proqnoza bərabərdir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 650 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabatda qeyd olunur ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olaraq 700 min barel və 780 min barel səviyyəsində olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər