ABŞ-ın Ticarət Nümayəndəliyi bəzi Çin məhsullarına tətbiq etmək niyyətində olduqları əlavə verginin dekabrın 1-dən 15-dək təxirə salmağı qərara alındığını açıqlayıb.
CNN-ə istinadla xəbər verilir ki, bu barədə məlumat ABŞ-ın ticarət rəsmilərinin Çinin Ticarət Nazirliyinin vitse-prezidenti Liu He ilə telefon danışığından bir qədər sonra açıqlanıb.
Bu arada ABŞ prezidenti Donald Tramp sosial media hesabında Çinin ABŞ-ın kənd təsərrüfatı məhsullarını satın alacağını ifadə edərək bildirib ki, Pekinin indiyə qədər etdikləri ilə söylədikləri üst-üstə düşməyib. Tramp əlavə edib ki, bəlkə bu dəfə fərqli olacaq.
©APA