-3 C
Baku
Sunday, December 15, 2024

ABŞ bəzi növ iş vizalarını müsahibəsiz verəcək

ABŞ Dövlət Departamenti 31 dekabr 2022-ci il tarixinədək bəzi növ iş vizaları üçün müraciət edənlərlə üzbəüz müsahibələr keçirməməyə icazə verib.

Banker.az xəbər verir ki, “Dövlət Departamenti müvəqqəti iş vizası sahiblərinin ABŞ iqtisadiyyatına müsbət təsirini qəbul edir və qeyri-immiqrantların səyahətini asanlaşdırmaq və viza gözləmə müddətini azaltmaq məqsədi daşıyır.

Söhbət H-1B (ABŞ-da işəgötürənlərin tələbi ilə, əsasən texnologiya sahəsində ixtisaslı mütəxəssislərə verilir), H-3 (iş yerində peşə təhsili üçün ABŞ-a daxil olan kursantlar) , L-1 (xarici müəssisədən ABŞ şirkətinə köçürülən işçilər), O-1 (xüsusi qabiliyyətli insanlar), P (idmançılar və sənətçilər) və Q (mədəni mübadilə iştirakçıları) vizalarından gedir.

Bundan əlavə, konsulluq əməkdaşları H-2 (müvəqqəti kənd təsərrüfatı işçiləri), F və M (tələbələr), eləcə də J (mübadilə proqramlarının iştirakçıları) vizaları üçün müraciət edənlərlə üzbəüz müsahibədən imtina edə bilərlər.

ABŞ Ticarət Palatasının İmmiqrasiya Siyasəti üzrə vitse-prezidenti Con Bazelis Dövlət Departamentinin konsulluqlara yeni səlahiyyətlər vermək qərarını alqışlayıb.

Son xəbərlər
Digər xəbərlər