9 C
Baku
Friday, December 13, 2024

ABŞ bəzi ölkələrə qarşı viza rejimini daha da sərtləşdirə bilər

ABŞ hökuməti qısamüddətli viza ilə ölkəyə gələrək müddəti aşan əcnəbilərin vətəndaşı olduğu ölkələrə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsinin mümkünlüyünü araşdırır.

AP-yə istinadən, belə tədbirlər arasında Meksika sərhədinin bağlanması ilə yanaşı, qanunlara viza müddətinin aşılmasının qarşısını alacaq düzəlişlər gətirmək kimi addımlar da var.

Həmçinin ölkəyə gələn əcnəbilərin vətənə dönmək niyyətində olub-olmadığını öyrənmək üçün sərhəd xidməti əməkdaşları tərəfindən daha ciddi sorğu-sual edilməsi, ölkə ərazisində qanunsuz olaraq qalanların pul köçürmələrinə məhdudiyyətlər tətbiq edilməsi, onların aztəminatlı təbəqə üçün nəzərdə tutulan sosial müavinət və güzəştlərdən faydalanmasına qarşı nəzarəti sərtləşdirmək kimi tədbirlərin də gündəmdə olduğu bildirilir.

Report

Son xəbərlər
Digər xəbərlər