ABŞ banklarının depoziti rekord 370 milyard dollar azalıb. “The Wall Street Journal” bu barədə Əmanətləri Sığortalanması Korporasiyasının məlumatlarına istinadən yazıb. Bu, 2018-ci ildən bəri ilk enişdir. İkinci rübdə banklardakı əmanətlərin ümumi həcmi 19.56 trilyon dollar təşkil edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Əmanətlərin bu qədər azalması banklar üçün böyük problem yaratmır – pandemiya olduğu müddətdə onlar əmanətləri rekord 5 milyard dollar artırıblar.
Bir çox analitiklər faiz artımının əmanətlərin həcminin azalmasına səbəb olacağına şübhə ediblər. Lakin son nəticədə faiz artımı gözləniləndən daha əhəmiyyətli olub. Xatırladaq ki, daha əvvəl FED uçot dərəcəsini dörd dəfə qaldırıb.