23 C
Baku
Friday, April 26, 2024

ABŞ bazarı tarixinin ən pis günlərindən birini yaşadı

ABŞ bazarı tarixindəki ən pis enişlərdən birini yaşayıb. Gün ərzində əsas indekslər 3,5%-dan çox düşüb. “Google”, “Apple”, “Microsoft” və “Amazon” şirkətlərinin səhmləri isə 5% ucuzlaşıb.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, Nastaq indeksinin enişi rekordu yeniləyib, əsas səbəb koronavirus epidemiyasının yayılmasıdır.

Buna baxmayaraq, ABŞ prezidenti Donald Tramp investorları sakitləşdirməyə çalışır və vəziyyətin nəzarət altında olduğuna inandırır.

“Koronavirus ABŞ-ın nəzarəti altındadır. Biz bütün ölkələrlə əlaqədəyik, Ümumdünya Səhiyyə Təşkilatı əlindən gələni edir. Fond bazarı mənə çox cəlbedici gəlir”, – prezidenti öz mikrobloqunda bildirib.

İroniya ondadır ki, sonra dəfə prezident bu sözləri 2018-ci ildə, birja meydançalarında panikanın yayıldığı bir dövrdə söyləmişdir. Lakin nəticədə, Trampın proqnozları gözləntilərə cavab vermədi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər