ABŞ Belarusa qarşı sanksiyaların tətbiq olunacağını istisna etmir, lakin belə bir qərar hələ qəbul olunmayıb. Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo söyləyib.
“Əminəm ki, bütün bunları nəzərdən keçirəcəyik və əsas məsələdə meyarları müəyyənləşdirməkdir. Bizim fikrimizcə, bu qərarı Belarus xalqının yaxşılığını istəyən digər dövlətlərlə bilriklə qəbul edə bilərik”, – deyə Pompeo “Free Europe” radiosuna verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, qərar vermək hələ tezdir və Belarusda hər şeyin nə ilə qurtaracağını görmək lazımdır.
Xatırladaq ki, Belarusdakı etiraz aksiyaları ölkənin hazırkı lideri Aleksandr Lukaşenkonun prezident seçkilərində qalib gəlməsindən sonra avqustun 9-da başlayıb.