Prezident Co Bayden administrasiyası bir həftə ərzində ölkənin BMT-nin İnsan haqları Şurasına qayıtdığını elan edəcək.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Beləliklə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın daha bir qərarı ləğv ediləcək.
Qeyd edək ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken və Cenevrədəki yüksək vəzifəli rəsmisi məlumat verib. Rəsmi açıqlama bazar ertəsi günü gözlənilir. İlk başda ABŞ şurada müşahidəçi qismində, daha sonra isə tamhüquqlu üzv olacaq.
Xatırladaq ki, ABŞ BMT-nin İnsan Haqları Şurasından 2018-ci ildə çıxıb, səbəbi isə İsrail siyasətini tənqid edən qərarların qəbul edilməsi olub.
Cənab Bayden ölkənin keçmiş prezidenti Donald Trampın dövründə qəbul olunan qərarları ləğv etməyə davam edir.