6 C
Baku
Saturday, December 14, 2024

ABŞ, Britaniya və Avstraliyanın Çinə qarşı yeni ittifaqı: Sülh yoxsa müharibə?

ABŞ, Böyük Britaniya Avstraliya Sakit okean bölgəsində üçlü ittifaq yaratdıqlarını bəyan ediblər. Məqsəd Çinin artan təsirinə və Pekinin Tayvanı ələ keçirmək planlarına qarşı müqaviməti gücləndirməkdir. Bu məqsədlə ABŞ prezidenti Co Baydenlə Böyük Britaniyanın baş naziri Boris Conson və onun avstraliyalı həmkarı Skot Morrison arasında sentyabrın 15-də onlayn təqdim həyata keçirilib. 3 ölkənin lideri ittifaqın yaradılığını dünyaya onlayn formada elan ediblər.

Bununla bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yazır.

Bayden çıxışında birbaşa Çinin adını çəkmədən Hind və Sakit okean bölgəsində sülh və sabitliyin formalaşmasına çalışacaqlarını bildirib. Vaşinqton bu çərçivədə Avstraliyaya müasir texnologilayalar təqdim edəcək. Bunların arasında Amerikanın Avstraliyaya atom sualtı gəmi istehsalında yardımı da var. Buna baxmayaraq, Vaşinqton “nüvə silahının yayılmaması pripnsipinə” sadiq qalaraq Avstraliyaya nüvə silahı verməyəcək.

Bəs atom sualtı gəmi Avtstraliya üçün niyə əhəmiyyətlidir?

Məsələ burasındadır ki, Çinin nüvə texnologiyalarına əsaslanan sualtı gəmilərinin sayı ildən-ilə artır və onlar ətraf ölkələr üçün təhlükə mənbəyidir. Ona görə də Amerika Avtrsliyaya atom sualtı gəmilərinin istehsalında dəstək vədi verib. İl yarım ərzində həmin gəmilərin okeana buraxılması nəzərdə tutulub.

Bu arada, Avtraliya Fransa ilə müqavilədən imtina edib. Dəyəri 56 milyard  dollar olan həmin müqaviləyə görə Fransa Avstraliyaya 12 sualtı gəmi satmalı idi. Ancaq həmin sualtı gəmilər nüvə mühərrikləri əsasında işləməyəcəkdi.

Avstraliyanın baş naziri Skot Morrison Fransa ilə müqavilədən imtinasını belə izah edib ki, bölgədə vəziyyət sürətlə dəyişir. Avstraliyanın Fransanı Amerika ilə əvəz etməsinin üstünlüyü anlaşılandır. Birincisi, Avstraliya sualtı gəmiləri öz ərazisində istehsal edəcək. Bu yeni iş yerləri və maliyyənin ölkədə qalmasıdır. İkincisi, həmin gəmilər Amerika texnologiyaları əsasında nüvə texnologiyasına əsaslanacaq. Avstraliya Amerikadan uzaq mənzilli raketlər almağı da planlaşdırır. Bunun da hədəfi Çindir.

Pekin yeni formalaşan ABŞ, Böyük Britaniya və Avstraliya üçlüyünü tənqid edib. Pekin yeni ittifaqı üçüncü ölkələrə qarşı (əslində özünə qarşı) yönələcəyini, bunun isə bölgədə yeni “soyuq müharibəyə” səbəb olacağını vurğulayıb.

Bu arada, Vaşinqton Tayvanın ABŞ-dakı nümayəndələyinin statusunu artırmağa qərar verib. Əvvəlki illərdə nümayəndəlik iqtisadi və mədəniyyət əlaqələri ilə məşğul olurdu. İndi isə nümayəndəliyin siyasi çəkisi artıb. Pekin buna da dərhal reaksiya verib. Çin Xarici İşlər Nazirliyi açıqlama yayaraq Amerikadakı nümayəndəliyin statusunun artırılmasını Tayvandakı radikal qüvvələrə yanlış işarə olacağı vurğulanıb.

Çin Tayvanı öz ərazisi sayır. Amerikanın siyasəti isə fərqlidir. Çinin bölgədə artan gücü yaxın gələcəkdə Tayvanın taleyini həll etmək iqtidarındadır. Bu baş verəcəyi halda bölgədə müharibə ehtimalı artacaq.

Son xəbərlər
Digər xəbərlər