26 C
Baku
Saturday, July 27, 2024

ABŞ bu şəxslərə 7 milyon dollar təklif edir

ABŞ Dövlət Departamenti “İslam məğribi ölkələrində Əl Qaidə” terror qruplaşmasının rəhbəri Əbu Ubayda Yusuf əl-Anabinin olduğu yerinin müəyyənləşdirilməsi ilə bağlı informasiyaya görə 7 milyon ABŞ dolları məbləğində pul mükafatı təklif edib.

TASS xəbər verir ki, bu barədə Dövlət Depatamentinin press-relizində bildirilir.

“Dövlət Departamentinin proqramı “İslam Məğribi ölkələrindəki Əl-Qaidə” terror təşkilatının lideri Əbu Ubayda Yusuf əl-Anabinin yerini və ya şəxsiyyətini təyin edən məlumatlara görə 7 milyon dollar mükafat təklif edir”, – deyə sənəddə bildirilir.

Sənəddə qeyd olunur ki, 2020-ci ilin noyabrında qrup, əvvəlki başçı Əbdülmalik Drukdelin 2020-ci ilin iyun ayında Fransa Silahlı Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən zərərizləşdirilməsindən sonra əl-Anabini yeni lider elan edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər