ABŞ təxminən 150 milyard dollar dəyərində Çin mallarının ticarət rüsumlarını müvəqqəti olaraq ləğv edib. Xatırladaq ki, ölkələr arasında ticarət baryerləri 2018-ci ilin payızında tətbiq edilmişdir.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
ABŞ hakimiyyəti qərarın əsasən biznesin tələbi ilə verildiyini bildirir. Belə ki, bəzi amerikan şirkətləri yalnız Çin istehsalçılarından mal ala bildiklərini söyləyiblər. Buna baxmayaraq, yumşaltmalar müvəqqəti xarakter kəsb edir və yalnız 7 avqust tarixinə qədər qüvvədə olacaq. Qeyd edək ki, pandemiyadan əvvəl bu ilin əsas iqtisadi mövzularından biri ABŞ və Çin arasında gedən ticarət müharibəsi olmuşdur.
Uzun sürən danışıqlardan sonra tərəflər razılığa gəldilər və qarşılıqlı olaraq ticarət rüsumlarını azaltmağa söz verdilər.