21 C
Baku
Saturday, May 4, 2024

ABŞ Çin mallarının idxalına rüsumların artırılmasını planlaşdırır

ABŞ bir sıra Çin mallarının, o cümlədən elektron avtomobillərin idxalına gömrük rüsumlarının artırılmasını nəzərdən keçirir.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Amma bununla bağlı qərarın nə vaxt veriləcəyi məlum deyil. Qeyd edilib ki, Ağ Ev və digər departamentlərin nümayəndələri hələ də bu məsələni müzakirə edirlər: “Gələn ilin əvvəlində tariflərə uzunmüddətli yenidən baxılması imkanları da nəzərdən keçirilir”.

Nəşrin məlumatına görə, eyni zamanda, ABŞ Çindən strateji əhəmiyyət kəsb etməyən bəzi istehlak mallarına rüsumları azaltmaq barədə düşünür.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər