ABŞ Senatı bəzi Çin şirkətlərinə amerikan birjalarında səhmləri yerləşdirməyi qadağan edən qanun qəbul edib/
Banker.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.
Respublikaçı senator Con Kennedi və demokrat senator Kris Van Hollen tərəfindən irəli sürülən qanun layihəsi yekdilliklə qəbul edilib. Qeyd edək ki, onun qüvvəyə minməsi üçün Nümayəndələr Palatasının təsdiqi və prezident Donald Trampın imzası tələb olunur.
Yeni qanun layihəsi Çin şirkətlərinə ardıcıl olaraq üç il ərzində ictimai şirkətlərin hesabatına nəzarət Komitəsinin (PCAOB) yoxlamasından keçmədikləri təqdirdə, qiymətli kağızları ABŞ-ın hər hansı birjasında yerləşdirməyi qadağan edir.
“Dünyada fırıldaqçılar üçün açıq olan bir çox bazar var, lakin Amerika onlardan biri ola bilməz. Çin hökmranlıq etmək yolundadır və bir addımdan bir aldadır”, – senator Kennedi söyləyib.
“Uzun müddətdir ki, Çin şirkətləri ABŞ-ın hesabat standartlarına məhəl qoymur”, – Van Hollen bildirib.