19 C
Baku
Monday, May 27, 2024

ABŞ-Çin ticarət danışıqlarının növbəti raundunun keçiriləcəyi yer bəlli oldu

ABŞ-Çin ticarət danışıqlarının üçüncü raundu Çin Xalq Respublikasının paytaxtı Pekində keçiriləcək.

ABŞ tərəfdən danışıqlarda ölkənin ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin iştirak edəcəklər.

ABŞ prezidenti Donald Tramp bildirib: “ABŞ-ın nümayəndə heyəti fevralın ortalarında Pekinə gələcək və Çin tərəfi ilə məsləhətləşmələri davam etdirəcək”.

D.Tramp yaxın zamanda Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşəcəklərinə və tarixi əhəmiyyəti olan ikitərəfli danışıqların real nəticələrini görəcəyinə ümid etdiyi bildirib.

©Trend

Son xəbərlər
 ⁠
Digər xəbərlər