1 C
Baku
Saturday, December 14, 2024

ABŞ Çini valyuta manipulyasiyalarını həyata keçirən ölkələr siyahısından çıxarır

ABŞ-ın Maliyyə Nazirliyi Çini valyuta manipulyasiyalarını həyata keçirən ölkə hesab etmir.

Banker.az xəbər verir ki, bu barədə xəzinənin ABŞ-ın ticarət tərəfdaşlarının makroiqtisadiyyat və valyuta siyasətinə dair yarım illik hesabatında deyilir.

Qeyd edildiyi kimi, hesabatda Çinin öz üzərinə “rəqabətli devalvasiyadan çəkinmək üçün məcburi öhdəliklər götürməsi” və ticarət əməliyyatlarının bir hissəsi olaraq məzənnə və xarici hesablaşmalarla əlaqədar məlumatların yayılmasına razılıq verməsi bildirilir.

Qərar Çin nümayəndə heyətinin Vaşinqtona səfəri zamanı qəbul edilib. Xatırladaq ki, keçən ilin avqust ayında ABŞ prezidenti Donald Tramp Çini valyuta manipulyasiyalarında günahlandırmışdır. Bunun səbəbi yuan məzənnəsinin onillik minimuma düşməsi idi. Çin Xalq Bankı ticarət mübahisələrində qalib gəlmək üçün milli valyutadan istifadə etmədiyiniz bildirmişdir.

Bunun ardınca ABŞ-ın Maliyyə Nazirliyi Çini valyuta manipulyatoru adlandıraraq, “ədalətsiz üstünlüyü” aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondu ilə birgə işləyəcəyinə söz verib.

Son xəbərlər
Digər xəbərlər