Mediada yayılan məlumata görə, Tramp administrasiyasının İranın neft ticarətinə qarşı sanksiya tətbiq etmək qərarı ixracı kəskin şəkildə azaldıb. Buna baxmayaraq, ABŞ-ın ən böyük iqtisadi rəqibləri İran neftini almağa hələdə davam edirlər. Məsələn, İran neftini yalnız Çin deyil, həmçinin digər Asiya və Aralıq dənizi ölkələri idxal edir.
Banker.az xəbər verir ki, New York Times qəzetinin məlumatına görə, 2018-ci ilin aprel ayında İran gündə 2,5 milyon barel neft ixrac edib. Bir il sonra bu rəqəm 1 milyon barelə qədər azalıb.
Əlbəttə ki, bu fakt Tramp administrasiyasının diqqətini çəkməyə bilməzdi. Son aylarda “Chine National Petrolium Corp” “Bank of Kunlun” in vasitəsilə İrandan Çinə neft ixrac etmək üçün bir donanma tankerləri işə salmışdır.
Keçən həftə ABŞ-ın Maliyyə Nazirliyi Çinin “Zhuhai Zhenrong” neft treyderinə qarşı sanksiyalar tətbiq edib. Bu qərar Çinin digər firmaları və ümumiyyətlə, İran neftini idxal edən hər bir kəs üçün dərs olmalı idi.
Unutmamalıyıq ki, birjada rəsmi qeydiyyata alınmış “PetroChina” ABŞ-da fəaliyyət göstərir, onun səhmləri Nyu-Yorkdakı birjada yerləşdirilib. Bundan əlavə, şirkət “Ineos” kimi beynəlxalq enerji şirkətləri ilə tərəfdaşlıq əlaqələri saxlayır.
“Bank of Kunlun” xam neftin idxalında iştirak etmədiyini, qanun və ya normativ aktları pozmadığını bildirib. Bankın fəaliyyəti ilə tanış olan insanlar deyirlər ki, ABŞ onu “pis oyunçu” hesab edir.
Görünür ki, Vaşinqton sərt yanaşmanın tərəfdarıdır. CNPC-yə və Çinin energetika sahəsinin digər hissələrinə qarşı sanksiyalar tətbiq ediləcək mi?
Pekin İrada kömək etmək niyyətini açıqcasına bildirib.