G20 sammiti çərçivəsində ABŞ və Çin arasında yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır. Çox güman ki, bu danışıqların uğursuz keçməsi ehtimalı olduqca yüksəkdir.
Banker.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və ÇXR-in sədri Xi Jinping, G20 sammitində iştirak emtək məqsədilə Yaponiyaya gəliblər. Forumun işə başlamazdan əvvəl tərəflərin ticarət mübahisəsində razılığa gəlmələri haqda məlumat yayılmışdır.
ABŞ-ın aparıcı maliyyə şirkətlərinin nümayəndələri tərəflərin mövqelərində ziddiyyətlərin kəskinləşdiyini qeyd ediblər və razılaşmanın əldə edilməsinə şübhə ilə yanaşırlar.
Buna baxmayaraq, G20 sammiti tərəflərin ümumi razılığa gəlməsinə kömək etməsə də, ən azından kəskinləşmiş danışıqlar prosesini yenidən başlamasına təkan verə bilər.
İki ölkə arasında münasibətlərin bərpa olmasında maraqlı olan tərəf Çindir. Pekin 25%-lik ticarət tariflərinin ləğv edilməsinə, “Huawei” şirkətinə münasibətdə tətbiq edilmiş məhdudiyyətlərin isə aradan qaldırılmasına ümid bəsləyir.
CNBC kanalının verdiyi məlumata görə, ABŞ kompromissə getmək niyyətində deyil.
Qeyd edildiyi kimi, amerikan hökuməti Çinlə bərabərhüquqlu müqavilədə “maraqlı deyil”. Bunun əsas səbəbi kimi isə Çinin yol verdiyi “səhvlər” və “pozuntular” göstərilir.
Çox saylı hesablamalara görə. ÇXR-in sədri ABŞ-a güzəştə getməyəcək. Nəticədə, danışıqlar prosesinin normallaşdırılmasının əvəzinə, Yaponiyanın G20 sammitinin sonunda Pekin və Vaşinqton arasındakı böhran daha da ağırlaşacaq.