ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq

ABŞ Zərbxanası üzərində Prezident Donald Trampın təsviri olan 1 dollar nominalında yeni qızıl sikkə buraxacaq.

Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “X” sosial şəbəkəsində yazıb.

“ABŞ müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda Zərbxana azadlığın sönməz irsi və vətənpərvərliyin əbədi simvolunun şərəfinə 1 dollar nominalında yeni qızıl sikkə buraxmağa başlayacaq. Prezident Trampın təsviri ilə”, – o qeyd edib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər