Arktik siklon ABŞ-ı cənginə alıb – fırtına İndiana ştatının on beş əyalətində normal həyatı pozub. Ölkə üzrə 4,7 mindən çox aviareys ləğv edilib, 7,1 mindən çox uçuşda isə gecikmə var.
Bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Təkcə İndianapolis Beynəlxalq Hava Limanında 60 reys gecikib, 100-dən çox reys ləğv edilib.
Təqribən 1,5 milyon insanın elektrik enerjisindən məhrum olduğu bildirilir.