23 C
Baku
Saturday, April 20, 2024

ABŞ-da ilk kriptobank yaradılacaq

“Kraken” adlı kriptovalyuta birjasının verdiyi məlumata görə, ABŞ-da ilk kriptobank yaradılacaq. Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir ki, şirkət ABŞ-ın Vayominq ştatında bank lisenziyasını alıb ki, bu da ona “Kraken Financial” müəssisəsini yaratmağa imkan verəcək. Müştərilər rəqəmsal aktivlərdən hesabları ödəmək, əmək haqqını almaq, o cümlədən investisiya portfellərini formalaşdırmaq üçün istifadə edə biləcəklər.

Şirkətin daha əvvəl qeyd etdiyi kimi, ilk başlarda kriptobank yalnız ABŞ vətəndaşları üçün əlçatan olacaq, lakin sonradan onun digər ölkələrdə də genişlənməyi planlaşdırıldığı haqqında məlumat yayılıb. Mütəxəssislərin bildirdiyi kimi, yeni struktur yaratmaqda əsas məqsəd ənənəvi iqtisadi sektor və rəqəmsal pul sahəsi arasında “körpü” yaratmaqdır. “Kraken Financial” müəssisəsinin rəhbəri David Kinitski vurğulayır ki, Vayominq ştatında yeni texnologiyalar bazarının tənzimlənməsi sahəsindəki irəliləyiş, yeniliklərin inkişafı və yeridilməsi prosesini daha da sürətləndirəcək.

Qeyd edək ki, “Kraken Financial” yeganə kriptobank olmayacaq. 2019-cu ildə İsveçrənin Maliyyə Bazarlarına Nəzarət Xidmətindən (FINMA) bank lisenziyası alan SEBA kriptobankı fəaliyyət göstərməyə başlayıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər