10 C
Baku
Thursday, December 12, 2024

ABŞ-da inflyasiya 40 ilin maksimumunda – Dollar bahalaşmağa başladı

ABŞ-da istehlak qiymətləri indeksi açıqlandı.

Banker.az xəbər verir ki, ABŞ-da yanvar ayı üçün orta illik inflyasiya 7.5% olmaqla proqnozları xeyli üstələmiş oldu.

Birjalar isə 7.3% inflyasiya gözləntisi var idi. İllik inflyasiya 2021-ci ilin dekabrında isə 7% təşkil etmişdi. Beləliklə, inflyasiya ABŞ-da 40 ilin maksimumuna çatdı.

423434

Aylıq inflyasiya yanvarda 0.6% təşkil edib. Proqnozlar isə 0.5% idi.

Bununla da ABŞ-ın mərkəzi bank funksiyasını oynayan Federal Ehtiyatlar Sisteminin növbəti aydan uçot faiz artımına gedəcəyi ilə bağlı əminlik bir qədər də artır. Çünki, FED bununla inflyasiyanı cilovlamağa çalışacaq.

Bu xəbərlərin ardından ABŞ dollarının 6 əsas rəqib valyuta qarşısında ölçülən indeksi 0.40% artımla 95.875 bəndə çatdı.

 

Son xəbərlər
Digər xəbərlər