Banker.az xəbər verir ki, bankomat operatoru Cardtronics və maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən FIS şirkəti plastik kartdan istifadə etmədən pul nağdlaşdırmağa imkan verən bankomat yaradır.
Bunu isə FIS mobil bankçılıq tətbiqetməsi əsasında FIS Cardless Cash xidməti vasitəsilə həyata keçirmək mümkün olacaq. Bu tətbiqetmə bankomat üçün uzaq məsafədən idarə etmə pultu kimi fəaliyyət göstərə, istifadəçilərin gizliliyini və təhlükəsizliyini qoruya bilər. Texnologiya 10 saniyə ərzində pul çıxarmağa imkan verir və bu zaman istifadəçinin smartfonuna elektron qəbz göndərilir.
FIS Cardless Cash xidməti bankomat fırıldaqçılarının vurduğu zərər risklərini minimallaşdıraraq istifadəçiləri qoruyur. Çünki bu texnologiya plastik kartdan istifadə etmədən öz vəsaitlərinə giriş əldə etməyə imkan verir.
Xidmətin işə salınması üçün 24 ay tələb olunacaq. Maliyyə təşkilatları bu funksiya ilə öz filiallarında və ticarət nöqtələrində olan bankomatların təhlükəsizliyini təmin edə bilər.