29 C
Baku
Friday, June 21, 2024

ABŞ-da kommersiya neft ehtiyatları dörd həftə ardıcıl olaraq azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 5 187 min barel azalaraq, 413 897 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 305 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-da neftin kommersiya ehtiyatları dörd həftə ardıcıl olaraq azalır.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər